AZ

Ermənistan AES-in istismar müddətini uzadır

Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətinin 2046-cı ilə qədər uzadılması planlaşdırılır.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

O qeyd edib ki, stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılmasından sonra əlavə 10 illik uzadılma 2046-cı ilə qədər planlaşdırılır.

Paşinyan qeyd edib ki, bu müddət ərzində yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar qəbul edilməlidir.

Qeyd edək ki, 2023-cü ildə "Rosatom Service" və Ermənistan Atom Elektrik Stansiyası QSC stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılması barədə müqavilə imzalayıblar. Hazırda əlavə uzadılma üzrə işlər davam edir.

Seçilən
18
1
unikal.az

2Mənbələr