Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) faciəvi məktəb atışmasına görə Kanadaya başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Biz Kanadada, Tumbler Ridgedə baş vermiş faciəvi məktəb atışmasından dərin kədərlənirik. Bu çətin vaxtda qurbanların ailələrinə və yaxınlarına, eləcə də Kanada hökumətinə və xalqına səmimi başsağlığı diləyirik. Düşüncələrimiz həmçinin yaralananlarla birlikdədir və onlara tez və tam sağalmağı arzulayırıq", - paylaşımda qeyd olunub.
We are deeply saddened by the tragic school shooting in Tumbler Ridge, #Canada.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 11, 2026
We extend our heartfelt condolences to the families and loved ones of the victims, as well as to the Canadian government and people during this difficult time.
Our thoughts are also with those…
Xatırladaq ki, Britaniya Kolumbiyasındakı Tambler-Ric orta məktəbində atışma baş verib, nəticədə silahlı şəxs də daxil olmaqla azı 10 nəfər ölüb.