AZ

Şokolad təzyiqi salırmı?

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tünd şokolad mütəxəssislərin tez-tez tövsiyə etdiyi şokolad növüdür. Tərkibində flavonoid və polifenollar olduğu üçün güclü antioksidant mənbəyi sayılır. Nizamlı və ölçülü şəkildə qəbul edilən bitter şokolad zamanla damar sərtliyinin qarşısını ala bilər.

Bəs tünd şokolad niyə vacibdir?

Ölkə.az xəbər verir ki, tünd şokoladı digər növlərdən fərqləndirən ən əsas xüsusiyyət onun yüksək kakao tərkibidir. Kakao flavonoid və polifenol kimi güclü antioksidantlar ehtiva edir. Bu maddələr oksidativ stresi azaldaraq hüceyrə zədələnməsini məhdudlaşdırır və damarların daxili səthinin daha sağlam fəaliyyət göstərməsinə kömək edir. Nizamlı və ölçülü kakao istehlakının damar sərtliyini azalda və ürək-damar xəstəlikləri riskini aşağı sala biləcəyi bildirilir.

Hədsiz istehlak edilməməlidir

Araşdırmalar göstərir ki, hər gün az miqdarda tünd şokolad qəbul etmək, xüsusilə hipertoniyaya meyilli insanlarda qan təzyiqində yüngül, lakin əhəmiyyətli azalma yarada bilər. Bu təsirin adətən 3-4 həftəlik müntəzəm istifadədən sonra ortaya çıxdığı qeyd olunur. Gündəlik tövsiyə olunan 20-30 qram tünd şokolad orta hesabla 2-3 kiçik kvadrat hissəyə bərabərdir və sağlamlıq faydaları üçün kifayət edir.

Lakin tünd şokolad yüksək kalorili qidadır – 100 qramı təxminən 500-550 kalori təşkil edir. Həddindən artıq qəbul edildikdə fərqində olmadan yüksək kalori qəbuluna və zamanla çəki artımına səbəb ola bilər. Buna görə də “sağlamdır” deyə, limitsiz istehlak edilməməlidir.

Yaşlanmanı ləngidə bilər

Tünd şokoladla bağlı tez-tez səsləndirilən “yaşlanmanı ləngidir” fikri onun tərkibindəki antioksidantların hüceyrə sağlamlığını dəstəkləməsi ilə əlaqədardır. Lakin bu təsir təkbaşına kifayət deyil – balanslı qidalanma və sağlam həyat tərzi ilə birlikdə əhəmiyyət kəsb edir.

Bundan əlavə, bəzi tərkib maddələri serotonin və endorfin ifrazını artıraraq əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. Flavonoidlərin beyin qan dövranını artırmasına dair də müəyyən elmi nəticələr mövcuddur.

Kakao faizi ən azı 70% olmalıdır

Südlü və ağ şokoladlar aşağı kakao tərkibinə görə eyni təsirə malik deyil. Tünd şokolad ölçülü istehlak edildikdə ürək-damar sağlamlığını dəstəkləyən və antioksidant tərkibi ilə ümumi sağlamlığa töhfə verən qidadır.

Lakin sağlam həyatın təməli tək bir qida deyil, balanslı və davamlı qidalanma vərdişləridir. Şirin bir zövqü şüurlu bir vərdişə çevirmək mümkündür.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
olke.az

3Mənbələr