AZ

Rusiyanın “Rossiya” və Nordwind aviaşirkətləri Kubaya uçuşları dayandırır

"Rossiya" aviaşirkəti (Aeroflot Qrupunun tərkibinə daxildir-red) Kubaya uçuşları dayandıracaq. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Bildirilib ki, şirkət turistlərin təxliyyəsindən sonra yaxın günlərdə Kubaya uçuşları müvəqqəti olaraq dayandırılacaq.

"Yaxın günlərdə "Rossiya" aviaşirkəti hazırda Kubada olan rusiyalı turistlərin daşınmasını təmin etmək üçün yalnız Havana və Varaderodan Moskvaya bir sıra geri dönüş uçuşları həyata keçirəcək. Bundan sonra aviaşirkətin uçuş cədvəli vəziyyət dəyişənə qədər müvəqqəti olaraq dayandırılacaq".

Agentlik izah edib ki, bu qərar Kubada təyyarələrin yanacaq doldurmasında çətinliklərlə bağlıdır.

Kubaya uçan ikinci Rusiya aviaşirkəti olan Nordwind də Kubaya uçuşların dayandırıldığını elan edib. 12 fevraldan etibarən aviaşirkət artıq adada olan sərnişinlər üçün Varadero, Holguin və Kayo Kokodan Moskvaya yalnız təxliyə uçuşları həyata keçirəcək.

Rosaviasiyadan bildirilib ki, Rusiya Nəqliyyat Nazirliyi və Federal Hava Nəqliyyatı Agentliyi ölkələr arasında uçuşlarla bağlı vəziyyəti yaxından izləyir və Kuba aviasiya orqanları ilə daim əlaqə saxlayır. Tərəflər hər iki ölkə vətəndaşlarının maraqları naminə hər iki istiqamətdə uçuşların bərpası üçün alternativ variantları araşdırırlar.

Seçilən
17
6
apa.az

7Mənbələr