AZ

12 yaşlı qızı qaçırıb təcavüz etdi - Şəhərdə etirazlar başladı

Böyük Britaniyada yaşayan 23 yaşlı əfqanıstanlı Əhməd Mulaxil 12 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinib.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazıb.

Məhkəmənin qərarına əsasən, Mulaxil ötən yay yetkinlik yaşına çatmayan qızı qaçırıb, ona qarşı bir neçə dəfə cinsi zorakılıq edib və ədəbsiz video görüntülər çəkib. Məhkəmənin “çox həssas” kimi xarakterizə etdiyi zərərçəkmiş ifadəsində bildirib ki, təqsirləndirilən şəxs zorakılıq edərkən gülürmüş.

Bildirilir ki, şübhəlinin müəyyən edilərək saxlanılmasında Böyük Britaniya Daxili İşlər Nazirliyi tərəfindən ona verilmiş ödəniş kartı əsas rol oynayıb. O, hadisədən sonra qurbanı mağazaya apararkən kartla ödəniş edib və bu anlar müşahidə kameraları tərəfindən qeydə alınıb.

Məlumata görə, təqsirləndirilənin immiqrasiya statusunun və istintaq dövründə şəxsiyyətinin məxfi saxlanılması şəhərdə etirazlara səbəb olub. Hakim bildirib ki, Mulaxili uzunmüddətli həbs cəzası gözləyir.

Seçilən
18
publika.az

1Mənbələr