“Liverpul” “Bornmut”un 19 yaşlı hücumçusu Eli Krupini izləyir.
Msport.az xəbər verir ki, Krupi “qırmızılar”ın yay transfer hədəfinə çevrilə bilər.
“Albalılar” fransız hücumçunu 70-80 milyon funt sterlinqə sata biləcəklərinə inanırlar. “Qırmızılar”dan başqa, Krupi ilə “Çelsi”, “Pari Sen-Jermen” və “Real Madrid” də maraqlanır.
Hücumçu 2025-ci ilin fevral ayından “Bornmut”un oyunçusudur. Bu mövsüm Krupi bütün yarışlarda 22 oyunda meydana çıxıb və səkkiz qol vurub. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, hücumçunun bazar dəyəri 22 milyon avrodur.