AZ

İngiltərə nəhənginin baş məşqçisi QOVULDU

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Tottenhem" futbol klubu baş məşqçi Tomas Frankla yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Klub rəhbərliyi komandanın son nəticələrini və ümumi çıxışını nəzərə alaraq mövsümün bu mərhələsində dəyişiklik etməyi zəruri hesab edib.

Bəyanatda Tomas Frankın klubda çalışdığı müddətdə yüksək peşəkarlıq və sədaqət nümayiş etdirdiyi vurğulanıb: "Tomas bu müddətdə özünü tam şəkildə klubun inkişafına həsr edib. Onun əməyini yüksək qiymətləndirir, gələcək fəaliyyətində uğurlar arzulayırıq".

Xatırladaq ki, danimarkalı mütəxəssis ötən ilin 12 iyun tarixində "Tottenhem"in baş məşqçisi təyin olunmuşdu. Onun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə idi. Frankın rəhbərliyi altında komanda 38 oyuna çıxaraq 13 qələbə qazanıb, 10 heç-heçə edib və 15 dəfə məğlub olub.

Hazırda "Tottenhem" İngiltərə Premyer Liqasında 26 turdan sonra topladığı 29 xalla 16-cı pillədə qərarlaşıb. Bununla yanaşı, London klubu cari mövsüm Çempionlar Liqasının liqa mərhələsini ilk səkkizlikdə başa vuraraq 1/8 finala birbaşa vəsiqə qazanıb.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
news.milli.az

2Mənbələr