AZ

"Nyukasl"dan azarkeşlərinə çağırış: Şəhidlər Xiyabanında davranışınıza diqqət yetirin

"Nyukasl" klubu azarkeşlərinə müraciət edib.

Publika.az xəbər verir ki, İngiltərə təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Qarabağ"la matçdan öncə azarkeşlərdən Azərbaycan mədəniyyətinə diqqətli yanaşmağı tövsiyə edib. Məlumatda azarkeşlər üçün vacib olan səfər, təhlükəsizlik və davranış qaydaları əksini tapıb.

Ramazan ayının başlayacağı və fevralın 18-dən orucluğun start götürəcəyi bildirilib və ingiltərəli azarkeşlərdən buna, həmçinin yerli mədəniyyətə hörmətlə yanaşmaları tövsiyə olunub. Şəhidlər Xiyabanı kimi tarixi və mühüm məkanlarda davranışlara xüsusi diqqət yetirilməsi, hörmətsizlik edilməməsi barədə də xəbərdarlıq olunub.

Matç bitdikdən sonra isə "Nyukasl" azarkeşlərinin təhlükəsizlik məqsədilə 30 dəqiqə tribunada saxlanılacağı bildirilib.

Seçilən
15
1
publika.az

2Mənbələr