AZ

"Turan Tovuz"un yeni transferi Almaniya klubunda bəyənilməyib

BAKI, 11 fevral. TELEQRAF

Xəbər verdiyimiz kimi, "Turan Tovuz" Rusiyanın "Lokomotiv Moskva" klubunun futbolçusu Mark Rene Mampassini icarə əsasında heyətinə qatıb.

Teleqraf-ın məlumatına görə, 22 yaşlı müdafiəçi qış "transfer pəncərəsi" zamanı Almaniyanın "Ayntraxt Braunşveyq" klubunda baxışda olub.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, əslən konqolu olan rusiyalı oyunçu II Bundesliqa təmsilçisi ilə bir neçə məşqə çıxsa da, məşqçilər heyətinin rəğbətini qazana bilməyib.

Qeyd edək ki, Mark Rene Mampassi razılaşmaya əsasən, cari mövsümün sonuna qədər "Turan Tovuz"da çıxış edəcək.

Seçilən
16
teleqraf.com

1Mənbələr