Reyting.az saytına istinadən ain.az xəbər verir.
Moskvanın Taqanski Rayon Məhkəməsi qadağan olunmuş məlumatları səhifədən silməkdən imtina edən "Telegram" messencerini məsuliyyətə cəlb edib.
Reyting.az xəbər verir ki, bunu Taqanski Rayon Məhkəməsinin Mətbuat Xidmətindən bildiriblər.
Məlumata görə, xəbərdarlıqdan sonra tədbir görülüb və məhkəmənin qərarı ilə kanala 10,8 milyon rubl cərimə kəsilib.
Sosial şəbəkə kanalı "Telegram" barəsindəki materiallar, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci, eləcə də 4-cü hissələri üzrə məhkəmə heyəti iki protokolu araşdırıb. Məlum olub ki, kanal tədbir görməyib.
Bununla belə, məhkəmə silinməyən məlumatların konkret məzmunu barədə açıqlama verməyib. "RİA Novosti" nəşri isə iddia edir ki, söhbət ekstremist çağırışlar, həm də Rusiyanın Silahlı Qüvvələri barədə yalan məlumatlardan, alkoqol, o cümlədən tütün məhsullarının satışından, eləcə də bir çox şəxslərin məlumatlarının yayılmasından və müxtəlif aqressiv paylaşımlardan gedir.
Məhkəmə "Telegram" messencerinə İctimai Xətalar Məcəlləsinin 2-ci hissəsinə əsasən 3,8 milyon rubl, eləcə də 4-cü hissə üzrə 7 milyon rubl məbləğində cərimə təyin edib.
Qeyd edək ki, son vaxtlar Moskva rayon və şəhər məhkəmələri "Telegram" kanalını demək olar, mütəmadi olaraq cərimələyir. 2025-ci ilin oktyabrında 7 milyon, elə həmin ilin dekabr ayında 6 milyon, 2025-ci ilin sentyabr ayında isə Moskva məhkəmələri bu kanalı 3,5 milyon rubl cərimə ediblər.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.