AZ

Kritik anlarda təcili yardım üçün doğru ünvan- Avropa Beynəlxalq Hospitalı - VİDEO



Avropa Beynəlxalq Hospitalında fəaliyyət göstərən Təcili Tibbi Yardım Xidməti qəfil yaranan, həyati risk daşıyan və təxirəsalınmaz müdaxilə tələb edən halların idarə olunması üzrə ixtisaslaşıb.

Xidmətin əsas prioriteti pasiyentə mümkün olan ən qısa zamanda düzgün tibbi qiymətləndirmə və effektiv müdaxilə təmin etməkdir.


Medicina.az xəbər verir ki, Hospitalın Təcili yardımına müraciət edən pasiyentlər ilkin mərhələdə beynəlxalq standartlara uyğun triaj sistemi ilə qiymətləndirilir.

Vəziyyətin ağırlıq səviyyəsinə əsasən prioritet müəyyən edilir və tibbi yardım ardıcıllığı buna uyğun təşkil olunur. Kritik hallarda müdaxilə dərhal həyata keçirilir, zəruri olduqda pasiyent reanimasiya və intensiv terapiya şöbəsinə və ya əməliyyat blokuna yerləşdirilir.

Yaşıl zona isə həyati riski olmayan, ambulator yardım ala biləcək xəstələr üçün ayrılıb. Qırmızı zona həyati təhlükəsi olan və dərhal müdaxilə tələb edən xəstələr üçün nəzərdə tutulub və bu kateqoriyaya daxil olan pasiyentlərə təxirəsalınmaz tibbi yardım göstərilir.

Sarı zona vəziyyəti orta ağır qiymətləndirilən və qısa müddət ərzində tibbi müdaxilə tələb edən pasiyentləri əhatə edir, onlar müşahidə altında saxlanılır.

Qara zona isə həyatını itirmiş şəxslərlə bağlı prosedurların qanunvericiliyə uyğun şəkildə icra olunduğu bölməni ifadə edir. Bu sistem tibbi resursların düzgün idarə olunmasına və hər pasiyentə ehtiyacına uyğun, vaxtında yardım göstərilməsinə imkan yaradır.

Təcili Yardım Şöbəsi geniş tibbi infrastrukturla təmin olunub. İnzivaziv kardiologiya və periferik angioqrafiya, qastroenterologiya və hepatologiya, ümumi və plastik cərrahiyyə, travmatologiya, əl və üz-çənə travmatologiyası, eləcə də damar cərrahiyyəsi istiqamətində təcili müdaxilələr operativ şəkildə icra olunur. Müxtəlif ixtisas sahələri üzrə həkim konsultasiyaları koordinasiyalı formada təşkil edilir.

Xidmət eyni zamanda 24/7 fəaliyyət göstərən ambulans xidməti ilə dəstəklənir. Çağırış əsasında ünvanlara operativ çıxış təmin olunur və pasiyentin təhlükəsiz şəkildə hospitala çatdırılması həyata keçirilir.

Bundan əlavə, infeksion triaj mexanizmi vasitəsilə yoluxucu xəstəlik riski vaxtında qiymətləndirilir və zəruri hallarda izolyasiya tədbirləri görülür.

Avropa Beynəlxalq Hospitalı təcili tibbi yardım sahəsində əsas məqsədini yüksək peşəkarlıq, sürətli qərarvermə və müasir tibbi imkanlar vasitəsilə insan həyatının qorunmasına töhfə verməkdə görür. Kritik anlarda etibarlı tibbi dəstək təmin etmək hospitalın prioritet istiqamətlərindən biridir.





MEDİCİNA.AZ



Seçilən
8
1
medicina.az

2Mənbələr