AZ

Nəriman Axundzadə ABŞ-də nə vaxt debüt edəcək?

ABŞ klubu “Kolambus Kryu” Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin keçidini rəsmən elan edib. "Qarabağ"ın forvardı MLS təmsilçisi ilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq müqaviləyə imza atıb. Bəs 21 yaşlı forvard yeni komandasında nə vaxt debüt edəcək?

Fanat.Az xəbər verir ki, ABŞ-də yeni mövsüm 21 fevralda start götürəcək.

Nərimanın komandası müntəzəm çempionata ayın 22-də səfərdə başlayacaq. Ohayo ştatının Kolambus şəhərini təmsil edən komanda ilk oyununu səfərdə "Portland Timbers"ə qarşı keçirəcək. Oyunun start fiti Bakı vaxtı ilə səhər 07:30-da səsləndiriləcək. Viza və digər sənədlərini vaxtında alacağı halda, Axundzadə on gün sonrakı matçda debüt edəcək. 

"Kolambus Kryu" ötən mövsüm Şərq Zonasında 7-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb. Ancaq 1/8-də "Cincinatti"yə 1:2 uduzan komanda mübarizəni dayandırıb. MLS-in qalibi isə məhz "Kolambus Kryu"nun qrupunda çıxış edən "İnter Mayami" olub. Nərimanın yeni komandası ötən mövsüm dünya ulduzu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" ilə qarşılaşdığı hər iki oyunda uduzub - 0:1, 1:5.

Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr