AZ

İmzalanan sənədlər Azərbaycan–ABŞ əməkdaşlığını daha da dərinləşdirəcək » AzadMedia.az



Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu səfər təkcə diplomatik görüş deyil, həm də Azərbaycan-ABŞ strateji dialoqunun möhkəmlənməsi, qarşılıqlı etimadın artması və əməkdaşlığın dərinləşməsi baxımından əlamətdar hadisədir.
Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi post-müharibə dövründə yeni reallıqların formalaşmasında mühüm rol oynayır. ABŞ tərəfinin bu səfəri həmin reallıqların tanınması və Cənubi Qafqazda sülhün bərqərar olmasına verilən siyasi dəstəyin göstəricisidir.
Xüsusilə, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın hüquqi-siyasi əsaslarını daha da gücləndirir. Bu sənəd qarşılıqlı maraqlara, suverenliyə, hörmətə və qlobal sabitliyə xidmət edən dəyərlər üzərində qurulub.
Bu gün münasibətlərimiz enerji, təhlükəsizlik, iqtisadiyyat, innovasiya və humanitar sahələrdə yeni bir dövrə qədəm qoyur. Azərbaycan həm regionun enerji təhlükəsizliyinin təminatçısı, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir.
İnanıram ki, bu səfər və imzalanan sənədlər Azərbaycan–ABŞ əməkdaşlığını daha da dərinləşdirəcək, xalqlarımız arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yeni mərhələsinə yol açacaq.
Seçilən
22
1
azadmedia.az

2Mənbələr