AZ

“150 min manat vəsaitim mənimsənilib” Fidan

Olay.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tanınmış influenser Fidan Zeyn iş xanımı kimi tanınan “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatması barədə danışıb.

Bloger OLAY-a açıqlamasında bildirib ki, K.Həmzəyeva ilə ortaq biznes qurub:

“Könül Həmzəyeva ilə ortaq biznes qurmuşduq. Bu işə inanaraq həyətyanı sahəmi və avtomobilimi satdım, əldə etdiyim vəsaiti biznesə yatırdım. Amma sonda onun tərəfindən aldadıldım. 150 min manat vəsaitim mənimsənilib”.

Qeyd edək ki, işlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Azerina kimi tanınan Əfsanə Qasımlı da K.Həmzəyevadan şikayətçidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
olay.az

1Mənbələr