“Tottenhem” baş məşqçisi Tomas Frankla müqaviləsini ləğv edib.


Rekord.az xəbər verir ki, Frankın istefasına səbəb son oyunlarda komandadakı uğursuz nəticələr olub. 


Londonlular son 5 matçdan yalnız birində qələbə qazana bilib. Komanda hazırda Premyer Liqada 26 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.


52 yaşlı mütəxəssis 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. O, əvvəllər “Brentford”, “Bröndbi” və Danimarkanın U-21 komandalarında çalışıb.