Anapada texnikumda silahlı hücum zamanı tələbələr yaxınları ilə sağollaşıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı və Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiyanın Anapa şəhərində yerləşən Anapa Sənaye Texnikumunda (AİT) baş verən silahlı hücum zamanı dəhşətli anlar yaşanıb.
Təhsil müəssisəsində atışma başladığı an tələbələr messencerlər vasitəsilə ailə üzvlərinə vida mesajları göndəriblər.
Yayılan yazışmalardan birində tələbənin anasına “Ana, səni çox sevirəm. Hər şeyə görə sağ ol. Bizim texnikumda terror aktı baş verir” yazdığı görünür.
Rusiya İstintaq Komitəsi baş verən hadisə ilə bağlı artıq cinayət işi başladıb.
Media qurumlarının yaydığı ilkin məlumatlara görə, hücum edən şəxs diplomunu ala bilmədiyi üçün bu qanlı aksiyanı törədib.
Hadisənin təfərrüatları və zərərçəkənlərin sayı barədə rəsmi araşdırmalar davam edir.
Xatırladaq ki, Rusiyanın Krasnodar diyarının Anapa şəhərində texniki kollecdə atışma baş verib. Nəticədə 1 nəfər ölüb, üç nəfər yaralanıb.
Xuraman Etibarlı
İnterpress.az