525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Qrenlandiya hərbiləşdirilərsə və orada Rusiyaya yönəlmiş hərbi potensial yaradılarsa, Rusiya müvafiq hərbi-texniki tədbirlər görəcək”.
525.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O vurğulayıb ki, Qrenlandiya məsələsi birbaşa Rusiyaya aid deyil.
"ABŞ, Danimarka və Qrenlandiya bunu özləri həll etməlidirlər, əlbəttə rəsmi Kopenhagen illər və onilliklər ərzində ikinci dərəcəli vətəndaşlar kimi olduqca sərt davrandığı ada sakinlərinin fikirlərini nəzərə almalıdırlar”, - Rusiya XİN başçısı deyib.
Lavrov əlavə edib ki, bu cür münasibətin kifayət qədər nümunəsi var. O, həmçinin Rusiyanın prinsipial mövqeyini vurğulayıb: Arktika sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.