AZ

Türkiyə İrəvana uçuşları bərpa edir

Türk Hava Yolları (THY) bu ilin 11 mart tarixindən etibarən İrəvana uçuşlara başlayacaq.

Zvartnots hava limanının verdiyi məlumata görə, İstanbul–İrəvan–İstanbul marşrutu üzrə uçuşlar gündəlik həyata keçiriləcək.

Bildirilib ki, 14 maydan etibarən uçuşların tezliyi həftədə 10 reysə, 15 iyundan isə həftədə 14 reysə çatdırılacaq.

Beləliklə, yay mövsümünə doğru marşrut üzrə uçuşların mərhələli şəkildə artırılması planlaşdırılır.

Aytac 

Seçilən
14
1
anews.az

2Mənbələr