Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, komitənin üzvləri, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək ötən il ərzində nazirliyin fəaliyyəti haqqında, həyata keçirilən islahatlar, reallaşdırılan layihələr barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, il ərzində Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində sistemli fəaliyyət həyata keçirilib.