AZ

"Ölkəmizdə film çəkən şirkətlərin sayı 20-yə çatıb"

Yazını böyüt
Yazını kiçilt

Kinematoqrafiya sahəsində institusionallaşdırma və fəaliyyətin səmərəliliyinin artırılması diqqət mərkəzindədir.

Hafta.az xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin direktoru Rəşad Əzizov nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında deyib.

Direktorun sözlərinə görə, qarşıda duran əsas vəzifələrdən biri də Azərbaycanın kino çəkilişi məkanı kimi populyarlığını artırmaq, bu sahədə yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır:

"Artıq ölkəmizdə film çəkən şirkətlərin sayı 20-yə çatıb. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk".

ARKA-nın direktoru hesabat məruzəsində qurumun layihələri, yeni hədəfləri barədə ətraflı məlumat verib.

Seçilən
5
2
hafta.az

3Mənbələr