Ermənistan və Azərbaycan suveren dövlətlərdir və buna görə də onların ABŞ da daxil olmaqla istənilən ölkə ilə münasibətlər qurmaq hüququ var.
Herbiand.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın vitse-prezidenti Con D. Vensin Ermənistan və Azərbaycana səfərini şərh edərkən bildirib.
"Onlar suveren dövlətlərdir və müxtəlif ölkələrlə münasibətlərini qurmaqda suveren hüquqları var", - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Con D. Vensin regiona səfər edib və hər iki ölkə ilə əməkdaşlıq haqqında xartiya imzalayıb.