AZ

Peyvənd uşaqları viruslardan necə qoruyur? - Səhiyyə Nazirliyinin pediatrı açıqladı

Bakı. Trend:

Peyvəndlər uşaqların sağlam böyüməsi və inkişafı üçün çox mühüməhəmiyyət daşıyır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcovaadına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı SəbinəCəfərova açıqlayıb.

Onun sözlərinə görə, uşaqlıq dövründə immun sistemi hələ tamformalaşmadığı üçün onlar virus və bakterial infeksiyalara dahahəssas olurlar:

“Peyvəndlər bu infeksiyalara qarşı immunitet yaradaraq uşaqlarıtəhlükəli xəstəliklərdən qoruyur. Peyvənd vasitəsilə uşaqxəstələnmir və ya xəstəliyi çox yüngül keçir. Qızılca, məxmərək,poliomielit, suçiçəyi və hepatit kimi xəstəliklərin qarşısınınalınmasında peyvəndlərin rolu böyükdür. Bundan əlavə, peyvəndlərkollektiv immunitetin formalaşmasına kömək edir. Bu, peyvənd olunabilməyən körpələrin və xroniki xəstəliyi olan uşaqların daqorunmasını təmin edir. Peyvəndlər sayəsində uşaqlar daha azxəstələnir, məktəbə davamiyyət artır və sağlam cəmiyyətformalaşır”.

Pediatr qeyd edib ki, nəticə olaraq, peyvəndlər uşaqları ağırfəsadlardan, əlillik riskindən qoruyan ən etibarlı və effektivsağlamlıq tədbirlərindən biridir:

“Qeyd etmək istərdim ki, peyvəndlər uzun illər aparılan elmiaraşdırmalar nəticəsində hazırlanır və ciddi nəzarət altında tətbiqolunur. Yüngül qızdırma və ya inyeksiya yerində ağrı kimi hallarmüvəqqətidir və təhlükə yaratmır. Peyvənd olunmamağın riski isəbundan qat-qat böyükdür. Uşaqlarımızın sağlamlığı bizimməsuliyyətimizdir. Onları vaxtında peyvənd etdirməklə biz yalnız bugünü deyil, onların gələcəyini də qorumuş oluruq. Sağlam uşaq —sağlam ailə, sağlam cəmiyyət deməkdir”.

S.Cəfərova sonda valideynlərə müraciət edərək bildirib ki,peyvənd cədvəlinə diqqətlə yanaşmalı, sualları yarandıqda həkiməmüraciət edərək və sağlam gələcək naminə doğru qərarlar verməkləövladlarını xəstəliklərdən qorumuş olacaqlar:

“Bü mövsüm üçün Səhiyyə Nazirliyi tərəfindən təhlükəsiz vəyüksək keyfiyyətli qrip əlehinə vaksinlər Azərbaycana gətirilib vəvaksinasiyaya ötən ilin oktyabr ayından etibarən başlanılıb. Qripəqarşı peyvənd bütün yaşayış üzrə ambulator poliklinik xidmətgöstərən müəssisələrdə ödənişsiz şəkildə aparılır”.

Seçilən
20
1
az.trend.az

2Mənbələr