ABŞ-da yaşayan politoloq Zaur Bayramlı dünən baş tutan ABŞ- Azərbaycan danışıqlarına və bağlanan Strateji Tərəfdaşlıq Xartiyasına münasibət bildirib. Politoloq bildirib ki, Amerikanın vitse-prezidenti Azərbaycana rəsmi səfər edib və bu səfər çərçivəsində, başda Strateji Tərəfdaşlıq Xartiyası olmaqla, çox önəmli anlaşmalar imzalanıb.
“Amma əgər bu hadisə Baydenin dönəmində baş versəydi, yəni Baydenin vitse-prezidenti Azərbaycana səfər edib bu anlaşmaları imzalasaydı, onda liberal dairələrin bəh-bəhini, cəh-cəhini görərdiniz. Demək ki, bizim liberalların əksəriyyəti üçün milli və dövlət maraqları yox, daha çox bağlı olduqları qrupların və cərəyanların maraqları önəmlidir.”- deyə Zaur Bayramlı bildirib.
Politoloq əlavə edib ki, Baydenin dövründə belə bir səfər mümkün deyildi, çünki həm Bayden, həm də vitse-prezident Kamala Ermənistanla bağlı siyasətdə açıq şəkildə mövqelərini nümayiş etdiriblər:
“Bayden özü də, vitse-prezident Kamala da ermənidən betər ermənidirlər və bunu bütün fəaliyyətləri boyunca açıq şəkildə ortaya qoyublar.”
Zaur Bayramlı bu açıqlamalarında həm də ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb və bu tarixi səfərin ölkəmiz üçün mühüm bir addım olduğunu qeyd edib.
