AZ

Məşhur telekanal cərimələndi

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Fransada media nəzarətinə məsul olan Audiovizual və Rəqəmsal Kommunikasiya Tənzimləmə Qurumu (“Arcom”), müsəlmanlara və Cezayirlilərə qarşı ayrı-seçkilik ehtiva edən məzmunlarına görə Fransız kanalı "CNews"-ə 100 min avro pul cəzası kəsib.

"Cebheinfo.az" xəbər verir ki, Fransa Rəsmi Qəzetində dərc olunan qərara əsasən, "CNews"-də yayımlanan proqramlardan birində müsəlmanlara və Cezayirlilərə qarşı ayrı-seçkilik xarakterli ifadələrin işlədildiyi müəyyən edilib.

“Arcom”un kanala qeyri-qanuni miqrantların mövzu alındığı "L'heure des pros 2 Ete" proqramının 8 avqust 2025-ci il və İsrailin Qəzzaya yönəlmiş hücumlarının qiymətləndirildiyi 12 avqust 2025-ci il tarixli yayımları səbəbilə 100 min avro pul cəzası verdiyi bildirilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr