AZ

Lavrov: Qrenlandiya məsələsinin Rusiyaya birbaşa aidiyyatı yoxdur

Lavrov: Qrenlandiya məsələsinin Rusiyaya birbaşa aidiyyatı yoxdur

Qrenlandiya məsələsi Moskvanı birbaşa maraqlandırmır, Kopenhagen və Vaşinqton bu problemi öz aralarında həll etməlidirlər.

AFN.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasındakı "hökumət saatı" zamanı çıxışında səsləndirib.

Lavrov Rusiya Prezidenti Vladimir Putinin mövqeyini xatırladaraq bildirib ki, Rusiya bu mövzunun ona birbaşa aidiyyəti olmadığı qənaətindədir. Nazir vurğulayıb ki, ABŞ, Danimarka və Qrenlandiya bu məsələni özləri, xüsusən də dünyanın ən böyük adasının sakinlərinin rəyini nəzərə almaqla həll etməlidirlər. Lavrovun sözlərinə görə, rəsmi Kopenhagen onilliklər ərzində yerli sakinlərə qarşı kifayət qədər sərt davranıb və onlara "ikinci dərəcəli insanlar" kimi yanaşıb.

Hər nə qədər Rusiyanın bu məsələyə müdaxilə etmək niyyətində olmadığını desə də, Lavrov mühüm bir şərti diqqətə çatdırıb. O qeyd edib ki, əgər Qrenlandiya ərazisində Rusiyaya qarşı yönəlmiş hərbi potensial yaradılarsa və ada hərbiləşdirilərsə, Moskva buna adekvat hərbi-texniki cavab tədbirləri görəcək.

Seçilən
13
afn.az

1Mənbələr