AZ

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Bakı, 11 fevral, AZƏRTAC

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı gün ərzində beş dəfə püskürüb, kül sütunu zirvədən təxminən min metrədək hündürlüyə qalxıb.

AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, ən güclü püskürmə səhər saat 05:36-da qeydə alınıb. Sonuncu püskürmə isə saat 08:06-da baş verib və seysmik aktivliklə müşayiət olunub.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) əhaliyə partlayış mərkəzindən 13 kilometr, həmçinin Besuk Kobokan çayının yaxınlığında, çay yatağından 500 metr aralıda qalmağı tövsiyə edib.

Xatırladaq ki, 3 min 676 metr hündürlüyündə olan Semeru Yava adasının ən yüksək və İndoneziyanın ən aktiv vulkanlarından biridir.

Seçilən
20
1
azertag.az

2Mənbələr