Bizim media saytına istinadən ain.az xəbər verir.
“Turkish Airlines” şirkəti 2026-cı ilin iyun ayından etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə həftədə 14-ə qədər uçuş həyata keçirməyi planlaşdırır.Bizim.Media xəbər verir ki, məlumatı İrəvanda yerləşən “Zvartnots” hava limanının mətbuat xidməti yayıb.
Qeyd olunur ki, aviaşirkət 11 mart tarixindən etibarən gündəlik uçuşlara başlayacaq, 14 maydan uçuşların sayı həftədə 10-a, 15 iyundan isə 14-ə çatdırılacaq.
Xatırladaq ki, planlaşdırılan uçuşlar barədə məlumatı 2025-ci ilin dekabr ayında Ermənistanla münasibətlərin normallaşdırılması üzrə Türkiyə xüsusi nümayəndəsi Serdar Kılıç vermiş və bunu “növbəti bir addım” kimi qiymətləndirmişdi.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.