Bakı. Trend:
Bu gün Ermənistan parlamentində hərbi xidmətdən yayınan 27-37yaşlarında olan Ermənistan vətəndaşlarının cinayət məsuliyyətindənazad edilməsi variantları ilə bağlı qanun layihəsini tam olaraqqəbul edib.
Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 86 deputatsəsverib, əleyhinə səs verən olmayıb, 5 nəfər bitərəf qalıb.
Xatırladaq ki, qanuna əsasən, 27–37 yaş aralığında olanermənistanlı vətəndaşlar könüllü şəkildə Ermənistana qayıdaraqcinayət məsuliyyətindən azad oluna və aşağıdakı beş variantdanbirini seçə bilərlər:
24 ay hərbi xidmət keçmək,
12 ay xidmət edib dövlət büdcəsinə 2,5 milyon dram (~6600 ABŞdolları) ödəmək,
6 ay xidmət edib dövlət büdcəsinə 5 milyon dram (~13 200 ABŞdolları) ödəmək,
1 ay xidmət edib dövlət büdcəsinə 10 milyon dram (~26 500 ABŞdolları) ödəmək,
Hərbi xidmətdən tam azad olmaq və dövlət büdcəsinə 15 milyondram (~39 700 ABŞ dolları) ödəmək.