Ukrayna Moskvaya nümayəndə heyəti göndərə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Times of Ukraine” nəşri mənbələrə istinadən məlumat yayıb.
Ukrayna rəhbərliyi münaqişənin nizamlanması məqsədilə Rusiya paytaxtına rəsmi nümayəndə heyəti göndərmək imkanlarını müzakirə edir. Məlumata görə, Kiyev tərəfi sülh prosesinin irəliləməsi üçün Moskvada birbaşa təmasların qurulması variantını istisna etmir.
Hazırda bu məsələnin hansı səviyyədə və hansı şərtlər daxilində həyata keçiriləcəyi barədə detallar araşdırılır. Lakin belə bir addımın atılması, müharibənin gedişatında mühüm diplomatik dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Hələlik Ukraynanın rəsmi dövlət qurumları bu məlumatla bağlı geniş şərh verməyiblər. Bununla belə, beynəlxalq analitiklər Kiyevin bu addımını sülhə doğru atılan ciddi bir həmlə kimi xarakterizə edirlər.
Xuraman Etibarlı
İnterpress.az