AZ

DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edilib

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Aznews.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, hökm dəyişdirilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mirədalət Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
7
11
aznews.az

10Mənbələr