AZ

Britaniya Kolumbiyasında məktəbə silahlı hücum: 10 nəfər ölüb

ain.az, Bizimyol saytına istinadən bildirir.

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tumbler Ridge Orta Məktəbində baş verən silahlı hücum nəticəsində 10 nəfər həyatını itirib. Ölənlər arasında hücumçu olduğu ehtimal edilən qadın da var.

Bizimyol.info xəbər verir ki, Kanada Polisi bildirib ki, məktəbdə yeddi nəfər hadisə yerində ölü tapılıb. Şübhəlinin “özünə xəsarət yetirmə” nəticəsində öldüyü ehtimal olunur. Daha bir nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hücumla əlaqəli olduğu güman edilən yaxınlıqdakı evdə isə iki nəfərin meyiti aşkarlanıb.

Hadisə nəticəsində 25-dən çox insan yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır və helikopterlə xəstəxanaya çatdırılıb.

Vankuverdən 1000 kilometrdən çox şimalda yerləşən, təxminən 2 700 nəfər əhalisi olan Tumbler Ridge qəsəbəsindəki məktəbdə 7–12-ci siniflər üzrə 175 şagird təhsil alır.

Kanada Polisi nümayəndəsi Ken Floyd bildirib ki, qadın şübhəlinin kimliyi müəyyən edilsə də, istintaqın maraqları naminə açıqlanmır. Hücumun motivi hələ məlum deyil.

Britaniya Kolumbiyasının baş naziri Devid Ebi hadisəni “təsəvvürəgəlməz faciə” adlandırıb. Baş nazir Mark Karni isə sosial şəbəkədə paylaşım edərək qurbanların ailələrinə başsağlığı verib və planlaşdırılan xarici səfərlərini təxirə salıb.

Bu hadisə Kanadada 2020-ci ildən bəri ən qanlı silahlı hücum hesab olunur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
bizimyol.info

1Mənbələr