AZ

Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...

Azərbaycanda yüzlərlə məktəbin illərlə direktorsuz qalması artıq təsadüfi hal deyil, sistemli problemə çevrilib. Son olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən 6 məktəbə direktor təyinatı həyata keçirilib. Bu fakt özü göstərir ki, həmin məktəblər uzun müddət rəhbərsiz fəaliyyət göstərib.Təyin olunan direktorlar aşağıdakılardır:Günel Vilayət qızı Hacıyeva – Gəncə şəhəri 8 nömrəli məktəb;Pərvanə Qurban qızı Həmidova – Gəncə şəhəri 38 nömrəli məktəb;Leyla Hümbət qızı Camalzadə – Gəncə şəhəri 25 nömrəli məktəb;Günel Oruc qızı Muradova – Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-lisey;Günel Elçin qızı Məmmədova – Samux şəhəri 3 nömrəli məktəb;Seymur Vaqif oğlu Məmmədov – Gəncə şəhəri 19 nömrəli məktəb.Bizimesr.az bildirir ki, bu siyahı sadəcə bir bölgəni əhatə edir. Halbuki ölkə üzrə yüzlərlə məktəbin direktor vəzifəsi uzun müddətdir vakantdır.Məktəb direktorsuz necə idarə olunur?Direktor məktəbin əsas idarəedici fiqurudur. O, yalnız inzibati rəhbər deyil, həm də tədris prosesinin təşkili, müəllim heyətinin koordinasiyası, maliyyə və təsərrüfat məsələlərinin icrası, valideyn-məktəb münasibətlərinin qurulması və nizam-intizamın qorunmasına cavabdeh şəxsdir.Direktorsuz qalan məktəblərdə adətən səlahiyyətlər müvəqqəti olaraq direktor müavinlərinə həvalə edilir. Lakin bu model uzunmüddətli və effektiv idarəetmə mexanizmi hesab edilə bilməz. Müvəqqəti icra mexanizmi strateji qərarların qəbulunda passivlik yaradır, məsuliyyət bölgüsünü zəiflədir və ümumi idarəetmə keyfiyyətini aşağı salır.Səbəb nədir? Elm və təhsil Nazirliyi uzun müddətdir direktorların işə qəbulu üçün müsabiqə və müsahibə mərhələləri tətbiq edir. Rəsmi arqument ondan ibarətdir ki, guya şəffaf və keyfiyyətli seçim mexanizmi formalaşdırılır. Lakin nəticə ortadadır: yüzlərlə məktəb rəhbərsiz qalıb.Bu vəziyyət də bir neçə sual doğurur - seçim mexanizmi həddindən artıq bürokratik və ləngdirmi?Kadr ehtiyatı çatışmır, yoxsa sistem potensial namizədləri kənarda saxlayır?Əgər problem kadr çatışmazlığıdırsa, bu, təhsil siyasətinin strateji uğursuzluğu deməkdir. Əgər problem prosedur ləngiməsidirsə, bu zaman məsuliyyət birbaşa idarəetmə strukturlarının üzərinə düşür.Azərbaycanda təhsil sistemi onsuz da müxtəlif problemlərlə üz-üzədir, kadr çatışmazlığı, infrastruktur fərqləri, regionlararası keyfiyyət uçurumu, müəllimlərin motivasiya məsələləri və s. Bu fonda məktəblərin direktorsuz qalması vəziyyəti daha da ağırlaşdırır.Nazirlik üçün prioritet deyilmi?Ortaya çıxan mənzərə onu göstərir ki, direktor təyinatları operativ və sistemli şəkildə həyata keçirilmir. Halbuki məktəb rəhbərliyi təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir. Əgər yüzlərlə məktəb illərlə rəhbərsiz qalırsa, bu artıq texniki məsələ deyil, idarəetmə prioritetinin göstəricisidir.Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi sistem qarşısında açıq sual dayanır - məktəblərin uzun müddət direktorsuz qalması hansı strategiyanın tərkib hissəsidir və bu vəziyyətin aradan qaldırılması üçün konkret yol xəritəsi varmı?Ədil HüseynovBizimesr.az 

Seçilən
8
yenisoz.az

1Mənbələr