AZ

Süni İntellekt Strategiyasının bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib - YENİLƏNİB/FOTOLAR

11 fevral 2026-cı il tarixində AMEA Fəlsəfə və Sosiologioya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda Respublika elmi konfransı keçirilib.

SİA xəbər verir ki, Respublika elmi konfransı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr edilib.

Respublika Elmi Konfransının keçirilməsinin əsas məqsədi kimi qeyd edilir ki, müasir dövrdə rəqəmsallaşma cəmiyyətin bütün sahələrinə nüfuz edərək sosial münasibətlərin, idarəetmə mexanizmlərinin və fərdi davranışların transformasiyasına səbəb olmuşdur. Bu baxımdan, rəqəmsallığın fəlsəfi, sosial, psixoloji, hüquqi, siyasi, tarixi aspektlərinin elmi müzakirəsini təmin etmək, multidissiplinar yanaşmalar əsasında informasiyanın Süni İntellekt inqilabı dövründə çoxşaxəli inkişaf dinamikasını və tənzimlənməsini təhlil etmək, cəmiyyətin maariflənməsinə töhfə vermək tədqiqatçı alimlərin qarşısında duran əsas vəzifələrdəndir.

Konfransda ölkənin 25 elmi-akademik tədqiqat institutu və universitetlərindən: AMEA-nın Fəlsəfə və Sosiologiya, Tarix və s. institutlarından, Sosial Tədqiqatlar Mərkəzindən və Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, AR Müdafiə Naziriyi Silahlı Qüvvələrin Hərbi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Universitetinin və digər ali məktəblərdən olan 100-dən artıq alim və tədqiqatçı iştirak edib.

AMEA Mərkəzi Elmi Kitabxanasının “Akademiklər Zalı”nda keçirilən tədbirin Açılış nitqləri bölümündə: AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Respublika elmi konfransını açıq elan edib. Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətini sədri,Milli Məclisin deputatı Zahid Oruc və AMEA Fəlsəfə və Sosiologioya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə məruzələrlə çıxış edib.

Açılış mərasimində sosial və humanitar elmlərin müvafiq sahələrinin tanınmış elm adamları, professor-müəllim heyəti, gənc alimlər, magistr tələbələr iştirak ediblər.

Respublika elmi konfransı öz işini görkəmli alimlərin sədrlik etdiyi bölmə iclaslarında davam etdirib.

Panel sessiyalarda: Rəqəmsallığın elmi-fəlsəfi və metodoloji əsasları; Rəqəmsal transformasiyanın sosioloji əsasları; Rəqəmsal mühitin psixoloji təsirləri; İnformasiya siyasəti və geosiyasət; Sosial Hüquqlar və rəqəmsallaşması tendensiyası; İnformasiyanın idarə edilməsinin elmi-nəzəri inkişaf mərhələləri; “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir ili: yeni sosial rəqəmsal proqramların həyata keçirilməsi, sosial nəticələri; Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın həyata keçirlməsi çərçivəsində “Rəqəmsal Azərbaycanın gələcəyinə baxış” bucağı; Azərbaycan dövlətinin sosial siyasət, sosial proseslər sahəsində rəqəmsal layihələri; Azərbaycanda sosial sferada Süni İntellekt texnologiyaları və layihələri, perspektivlər” mövzusunda aktual məsələlərə həsr edilmiş məruzələr dinlənilib.

Konfransın bölmə iclaslarında yekun “Sual-cavab” sessiyasında dövrümüzün strateji elmi istiqaməti olan rəqəmsallıq, sosial informasiya, rəqəmsal sosial layihələr və cəmiyyətin inkişafı,qarşılıqlı münasibətləri bir çox aspektlərdə geniş müzakirə edilib. Ölkəmizdə “Süni İntellekt Strategiyası”nın qəbul edilməsindən keçən bir ildə ictimai elmlərin bu sahədə vəzifələri, tədqiqatçıların töhfələrinə dair fikir mübadiləsi aparılıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Respublika elmi konfransının iştirakçılarının sosial-fəlsəfi və humanitar elmlərin qovşağında yerləşən problemlər,rəqəmsallıq və sosial informasiyanın inkişafı ilə bağlı interdissiplinar mövzulara dair təqdim etdikləri elmi məqalələri “Konfransın materialları” kimi ayrıca kitab şəklində nəşr ediləcək.

Seçilən
23
sia.az

1Mənbələr