AZ

Zelenski ABŞ ın təzyiqi altında: Seçki və referendumun taleyi necə olacaq?

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

"Financial Times"ın məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski fevralın 24-də prezident seçkiləri və Rusiya ilə sülh sazişi üzrə referendum elan etməyi planlaşdırır. Bildirilir ki, Ukrayna lideri bu qərara ABŞ-ın təzyiqi nəticəsində gəlib. Hər iki səsvermə mayın 15-dək keçirilməlidir. ABŞ və Ukrayna rəsmiləri Rusiya ilə sülh sazişinin layihəsinin mart ayında hazır olacağı bir cədvəli müzakirə ediblər. 

Qeyd edək ki, Ukrayna prezidentinin səlahiyyət müddəti 2024-cü ildə başa çatıb. Eyni zamanda, ölkə konstitusiyası hərbi vəziyyət elan edildiyi müddətdə seçkilərin keçirilməsini qadağan edir. 

Aydındır ki, Zelenski bunları öz istəyilə deyil, ABŞ-ın təzyiqləri nəticəsində həyata keçirir. Bu fonda gözlənilir ki, Zelenski müharibənin davam etdiyini və güzəştlərin yalnız xalqın razılığı ilə edilə biləcəyini bəyan etməklə, seçkilərin tarixini açıq şəkildə elan etməyəcək. Yəni, əslində seçkilərin keçirilməsi  böyük ehtimalla elan olunmayacaq. Çünki məsələ ABŞ-ın təzyiqi  ilə həyata keçirilirsə, təzyiq edən tərəf prosesin sonrakı gedişatının da öz maraqlarına uyğun olmasını planlayır. 

ABŞ-ın indiki məqsədi nəyin bahasına olursa-olsun müharibəni dayandırmaqdır və Ukraynanın hansısa torpaqlarının itirilməsi bu məqsəd qarşısında ikinci dərəcəlidir. Bu fonunda Zelenski Tramp üçün istəklərin həyata keçməsində bir maneə rolunu oynayır.

Deməli, Vaşinqtonun istədiyi seçki və referendum keçiriləcəksə, təzyiq edən tərəf bütün vasitələrlə çalışacaq ki, Zelenski seçki marafonundan kənarda qalsın və referendumda Ukraynanın torpaq itkisini nəzərdə tutan nəticə əldə edilsin. Heç kimə sirr deyil ki, Vaşinqtonun Ukraynada bu məqsədlərinə nail olmaq imkanları böyükdür. Zelenski də bunu bilir. O səbəbdən mövqeyi zəifləsə də, yenə də çalışacaq ki, seçki və referendum məsələsi ertələnmiş olsun. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
qaynarinfo.az

1Mənbələr