AZ

Epstein sənədlərinin 80 faizi hələ də gizlədilib - Konqres üzvü

ABŞ Konqresinin üzvü Ro Khanna Ədliyyə Nazirliyində Epstein işi ilə bağlı sənədləri araşdırdıqdan sonra açıqlama verib. O bildirib ki, həmkarı Tomas Massie ilə birlikdə iki saatlıq baxış zamanı sənədlərin 70-80 faizinin hələ də senzuraya məruz qaldığını öyrəniblər.

Khanna qeyd edib ki, sənədlərdə adı keçən 6 “zəngin və nüfuzlu” şəxsin – Les Wexner, Sultan Ahmed bin Sulayem, Salvatore Nuara, Zurab Mikeladze, Leonic Leonov və Nicola Caputo – adları səbəbsiz şəkildə gizlədilib. Onun sözlərinə görə, 3 milyon sənəd tam açıqlansa, daha çox ad üzə çıxa bilər.

Massie isə bildirib ki, sənədlərdə adın çəkilməsi təqsiri sübut etmir, lakin 2019-cu il FBI sənədində Les Wexnerin Epsteinlə birlikdə yetkinlik yaşına çatmayanlara qarşı cinayətlə əlaqələndirildiyi göstərilib.

Ədliyyə nazirinin müavini Todd Blank isə açıqlamasında nazirliyin zərərçəkən olmayan şəxslərin adlarını artıq gizlətmədiyini və qurumun şəffaflığa sadiq qaldığını vurğulayıb.

Qeyd edək ki, Jeffrey Epstein azyaşlılara qarşı cinayətlərdə ittiham olunurdu və 2019-cu ildə həbsxanada ölü tapılmışdı. FBI onun intihar etdiyi qənaətinə gəldiyini və “müştəri siyahısı” ilə bağlı sübut tapılmadığını açıqlamışdı.

Nigar,

Sitat.info

 

Seçilən
19
sitat.info

1Mənbələr