AZ

HƏMAS-a bəzi silahları özündə saxlamağa icazə veriləcək

"ABŞ HƏMAS-a bəzi kiçik silahları özündə saxlamağa icazə verəcək. Amma hərəkat tərksilah planının bir hissəsi kimi uzaqmənzilli silahların əksəriyyətindən imtina etməli olacaq".

Bunu "The New York Times" özəl mənbələrinə istinadən yazıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Sülh Şurasında iştirak edən şəxslər tərəfindən hazırlanan plana əsasən, ən azı ilkin mərhələdə HƏMAS-ın bəzi kiçik silahları saxlamasına icazə veriləcək.

Qeyd olunur ki, ABŞ nümayəndələri sözügedən sənədi bir neçə həftə ərzində HƏMAS-a təqdim etmək niyyətindədirlər.

Eyni zamanda, qəzet vurğulayır ki, HƏMAS-ın silahlarına kimin nəzarət edəcəyi və bu prosesin necə həyata keçiriləcəyi hələlik bəlli deyil.
Seçilən
8
7news.az

1Mənbələr