AZ

Məşhur müğənni pensiyaya çıxdı - 20 min alır

90-cı illərin məşhur müğənnisi Hakan Peker təqaüdə çıxma prosesi və təqaüdə çıxması ilə bağlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, Peker təqaüdə çıxmasının ona psixoloji cəhətdən mənfi təsir etdiyini bildirib və hətta sığorta haqlarını gec ödədiyini etiraf edib. O, həmçinin aylıq təqaüdünün 20 min türk lirəsi olduğunu da açıqlayıb.

Peker uzun müddət təqaüd düşüncəsinə düşməkdən çəkindiyini bildirərək prosesi "Dövlət məni təqaüdə çıxardı" deyərək xülasə edib. Təqaüdün onu həyatdan uzaq hiss etdirdiyini ifadə edən sənətçi bu düşüncə tərzindən qaçmaq üçün sığorta haqlarını qəsdən gec ödədiyini belə etiraf edib.

Milli.Az

Seçilən
8
milli.az

1Mənbələr