Müğənni Ülviyyə Namazova və həmkarı Arzu Mirzəyeva arasında gərginlik müzakirəyə səbəb olub.
Publika.az xəbər verir ki, "Rəngarəng" verilişində yaşanan gərginliyə səbəb Ülviyyə Namazovanın Arzunu qeyri-səmimi adlandırması olub. Bu açıqlama qarşı tərəfi də kəskin reaksiya verməyə vadar edib.
Arzu Mirzəyeva cavabında bildirib:
"Qeyri-səmimi və ikiüzlü olmaqla bağlı sözlərin altında çox mənalar yatır. İkiüzlü, yalançı və s. qeyri-səmimi ifadələr sənin kimi insanlara deyilir. İkiüzlü də özünsən, yalançı da... Bu, Vəfa və Pünhanla yaşadığın qalmaqallarda təsdiqləndi".
Sözgedən açıqlama sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.