İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Telegram kanalı Vensin Azərbaycana səfəri ilə bağlı təhdid xarakterli paylaşım edib.
Paylaşımda ənənəvi şəkildə Azərbaycan hədəf göstərilərək regionda mümkün gərginliklə bağlı iddialar irəli sürülüb.
Bildirilib ki, guya Qafqazda "böyük müharibənin təməli qoyulur" və İran öz təhlükəsizliyi məsələsində "heç kimlə zarafat etmir":
"Bu gün Qafqazda böyük bir müharibənin təməli qoyuldu. Qurbanlar artıq seçilib. İran təhlükəsizliyi ilə bağlı heç kiminlə zarafat etmir".
Qeyd edək ki, bu cür bəyanatlar daha çox informasiya-psixoloji təzyiq xarakteri daşıyır və regionda gedən geosiyasi proseslərin fonunda İran mediasında vaxtaşırı bu tip ritorika müşahidə olunur. Azərbaycan-ABŞ əməkdaşlığının genişlənməsi bəzi dairələrdə narahatlıq doğursa da, rəsmi Bakı dəfələrlə ölkənin xarici siyasət kursunun balanslı və milli maraqlara əsaslandığını vurğulayıb.
Musavat.com