Astronomlar bu tutulmanın müasirdövrün ən uzun tutulmalarından biri olacağını bildirirlər. Hesablamalara görə, Ay Günəşi tam 6 dəqiqə 20 saniyə ərzində örtəcək və bəzi bölgələr gündüz vaxtı qısa müddətə qaranlığa qərq olacaq.
Mütəxəssislər qeyd edirlər ki, bu qədər uzun "totallıq" mərhələsi nadir hallarda müşahidə olunur və oxşar hadisə üçün onilliklər, hətta bir əsrə yaxın gözləmək lazım gələ bilər.
Tutulma harada daha aydın görünəcək?
Hadisə xüsusilə Şimali Afrika üzərində daha təsirli şəkildə müşahidə olunacaq. Misirin Luksor şəhəri tutulmanın ən uzun davam edəcəyi nöqtələrdən biri hesab olunur. Ayın kölgəsi Liviya, Tunis, Əlcəzair və Mərakeş üzərindən keçəcək. Cəbəllütariq və Avropanın cənub hissələrində isə tam tutulma qısa müddətə görünəcək, digər bölgələrdə qismən tutulma müşahidə ediləcək.
Alimlər bu fenomeni Günəş və Ay arasındakı xüsusi nisbətlə izah edirlər. Günəş Aydan təxminən 400 dəfə böyükdür, eyni zamanda Yerə olan məsafəsi də təxminən 400 dəfə artıqdır. Bu uyğunluq Ayın səmada Günəşi tam örtə bilməsinə şərait yaradır. Milli.az