AZ

Nərmin və Sahib İbrahimovdan birgə layihə VİDEO

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müğənni Nərmin Kərimbəyova özünü yeni tərzdə sınayıb.

Redaktor.az xəbər verir ki, sənətçi muğam ifaçısı Sahib İbrahimov ilə duetlərini təqdim edib.

Həmkarlar ilk iş birliklərinə xalq mahnısı ilə başlayıb.

"Ay gözəl" adlı nəğməni ilk dəfə "Xəzər axşamı" verilişində təqdim ediblər və kifayət qədər bəyəni toplayıb.

Tamaşaçı zəngləri səngiməyib və onlar dueti təkrarən səsləndirib. Qısa vaxt ərzində sözügedən ifa sosial şəbəkələrdə də maraqla qarşılanıb. 

Xatırladaq ki, dillərə əzbər olan xalq mahnısının ilk ifaçıları Xan Şuşinski, Şövkət Ələkbərovadır.

Kərimbəyova bu mahnının onların nəfəsində də seviləcəyinə əminliyini bildirib və qeyd edib ki, cütlüyün duetləri silsilə şəkildə davam edə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
redaktor.az

3Mənbələr