Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı ilə bağlı cinayət işinin məhkəmə istintaqı başa çatıb.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə istintaqın tamamlandığı bildirilib.
Dövlət ittihamçısı çıxışında Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə təklif irəli sürüb.
Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.
Xatırladaq ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində daxil olmuş şikayət əsasında 2024-cü il dekabrın 8-də polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham olunur.