AZ

“Azerina” adı ilə tanınan “life coach” özü qurbana çevrildi “Böyük bacım” dediyim adam...

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bu xanımın illərdir yaratdığı bir sistem var: blogerlərlə və tanınmış insanlarla yaxınlıq qurur, güvən qazanır, onların bütün şəxsi və işlə bağlı məlumatlarını öyrənir. Ardınca isə aldadaraq maddi və mənəvi zərər verir…”.

Bakupost.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, bunu sosial şəbəkələrdə “Azerina” adı ilə tanınan “life coach” və psixoloq Əfsanə Qasımlı deyib.

O, dələduzluqla üzləşdiyini söyləyib:

“Bu xanım birinin maşınını satdırır, biri ilə iş qurur və yarı yolda qoyur, daha doğrusu aldadır, birindən pul alır, digərinə guya “ucuz taparam” deyə əşyanı real dəyərindən baha satır. Ən təhlükəlisi isə odur ki, zamanında öyrəndiyi məlumatlardan insanları şantaj etmək, hədə-qorxu gəlmək üçün istifadə edir. İnsanlar aldadıldığını anlayanda yazıqlar gedib şikayət ərizələrini geri çəkir.

Bu təsadüfi deyil - planlı və davamlı davranışdır. Ancaq bilmədiyi bir şey var: mənim qorxacağım, gizlədəcəyim, utanacağım heç bir səhvim yoxdur. Olmayıb. Allah ağlımı əlimdən almadığı müddətcə də olmaz, inşallah. Mənim tək səhvim insanları özüm kimi bilməyimdir. O isə çox pis altın vurdu - bu səfər hamıya edəcəyini mənə edə bilmədi. O, bunu hamıya edə bilib, amma mənə edə bilməz. Son dövrlərdə saxta profillərdən mənə qarşı işimlə bağlı təhdidlər və şantaj edilir. Bu artıq açıq şəkildə hüquqi məsuliyyət daşıyan əməllərdir. Atacağı hər addımla özünü daha da çətin vəziyyətə salır. Başqasına qazılan quyu ən çox qazanın özünə düşər. Ən sonda onun şizofrenik planlarını, söhbətlərini sizinlə paylaşacam. Şok olacaqsınız. Cəsarətlənəcək bəlkə çox insan. Heç nədən qorxmayın”.

Psixoloq özü də sözügedən dələduza aldandığını etiraf edib:

“Bir məsələ də var ki, bunu da bilməyiniz vacibdir. Bəziləri deyə bilər ki, “siz necə aldandınız o xanıma?” Mənim ailəm, yaxınlarım ilk gündən xəbərdar idi ki, ondan uzaq olum. Amma məsələ bilirsiniz nə idi? Mənim şəfa verən ruhum onu sağaltmaq istədi. Bütün günü yatıb qaldığı, xəstəxanalarda olduğu dövrlər vardı – bunun da açıqlamasını paylaşacam, həkiminin dediklərini də. Məhz buna görə yanında idim. Və o da bu dönəmdə mənim saflığımdan istifadə etdi.

Bəzən hər insan səhv edir, amma bunu anladım ki, mən hər kəsi sağalda bilmirəm, hələ belə hekayələr yalanlar uyduran insanı heç sağalda bilmirəm. Bunun şizofreniyadan başqa adı yoxdur. Rəsman olmayan gözünə görünən insanların ətirlərinə qədər, qoxusuna qədər danışır”.

Onun sözlərinə görə, vaxtilə səmimi olduğu şəxs ona həm maddi, həm də mənəvi zərər verib:

“Son 1 gündür qızdırmam düşmür. Bunun təkcə fiziki deyil, dərin psixoloji səbəbləri olduğunu artıq hiss edirəm. Açığı, heç ağlıma gəlməzdi ki, bu qədər insanla çalışan, minlərlə insanın iştirak etdiyi marafonlar təşkil edən biri olaraq, mən belə bir xəyanətlə üz-üzə qalım.

“Böyük bacım” dediyim, dost bildiyim bir insanın məni bu şəkildə aldatması, həm maddi, həm də mənəvi olaraq ciddi zərər verməsi mənim üçün çox ağırdır. Bildiyim və araşdırdığım qədərilə bu zərər təkcə mənə deyil, başqalarına da edilib. İnşallah, bu məsələ qanun çərçivəsində öz həllini tapacaq. Zamanı gələndə hər şeyi detalları ilə sizinlə paylaşacam.

Unutmayın, bədən hər şeyi dərhal anlamaya bilər, amma ruh heç vaxt yanılmır, hər şeyi hiss edir. Təsəvvür edin ki, öz pulunuzla şəxsi bir əşya alırsınız, sonra kimsə çıxıb deyir ki, “əşya mənimdir”. Məsələnin mahiyyəti məhz budur”.

Ə.Qasımlı dələduzun əməlindən peşman olmadığını, insanlara hədə-qorxu gəldiyini iddia edib:

“Və bilirsiniz nə deyir? Əcəb edirəm, mənim arxamda adam var. Dəvədən böyük fil var bu zamana qədər ahıma girən haqqıma girən hamınız sonunu görmüsünüz. Zamanında nə qədər pul uğrunda əməklərimizi azdırıb sadəcə susdum və heç paylaşmadımda onu 3 ay sonra rəhmətə getmişdi bunu pasientlərim gözü yazırdılar karma Azərina xanım karma. Məni tanıyan bütün kəs bilir ki, mən halal yaşamağa çox həssas yanaşıram. Hətta ən yaxın rəfiqəmin salonu olsa belə, ora gedib sadə bir xidmət alanda belə haqqını ödəyən bir insanam. Bu həyat mənə onu da göstərdi ki, cəmiyyətin içində özünü gizlədən, şər niyyətli və ciddi psixoloji problemləri olan insanlar da var. Daha çox şey danışacağam. Vaxtı gələcək.

Sizlərlə hər zaman həyat təcrübələrimi belə bölüşmüşəm 17 yaşımdan tanıyırsınız məni bunuda paylaşacam ki növbəti qurban siz olmayın.

Maddi məsələlər həll olunar mən yaşadığım torpağı qanunlarımızı sevirəm və bilirəm haqq heç bir zaman yerdə qalmaz. Mənəvi açılan zərərlər nə zaman bağlanacaq bilinmir. Bütün pasientlərimdən xahiş edirəm biraz səbrli olun, toparlanıb aranıza geri dönəcəm”.

Lakin Ə.Qasımlı həmin şəxsin adını açıqlamayıb.

Qeyd edək ki, Əfsanə Qasımlı ötən il “şəfalanma” seansı keçirməsi ilə gündəmə gəlmişdi. Həmin ərəfədə onun özü haqqında da dələduzluq iddiaları səsləndirilirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
www.bakupost.az

2Mənbələr