AZ

Saleh Məmmədovun qudası da "yola salındı"...



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yeni rəhbəri kadr islahatlarına eks başçı Saleh Məmmədovun qudasının işdən çıxarılması ilə başlayıb. Vüsal Nəsirli bununla bağlı əmr imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, Əflatun Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Xəbərdə onun adının müxtəlif qalmaqallarda hallandığı da deyilir. Bildirilir ki, Əflatun Qasımovun yerinə artıq təyinat olub. Bu, Əzizov Kamran Gülbala oğludur.

Maraqlıdır, yeni rəis yeni başçının qudası deyil?..

Əli TURABOV

Seçilən
15
baki-xeber.com

1Mənbələr