AZ

Zelenski 24 fevralda seçkilər və referendum elan edəcək – Financial Times

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkiləri və Rusiya ilə sülh müqaviləsi üzrə referendum planlarını elan etmək niyyətindədir.

Herbiand.az xəbər verir ki, bu barədə Financial Times Ukrayna və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

FT-nin məlumatına görə, planın təfərrüatları 24 fevralda, Rusiyanın Ukraynaya müdaxiləsinin başlamasının ildönümündə açıqlanacaq. Qəzetin məlumatına görə, Kiyev seçkiləri və referendumu eyni vaxtda keçirməyi düşünür.

Ötən həftə Reuters agentliyi bir çox mənbəyə istinadən bildirib ki, Amerika və Ukrayna danışıqları aparanları potensial razılaşmanın may ayında baş tuta biləcək ümumxalq səsverməsinə çıxarılma ehtimalını müzakirə ediblər.

 

Seçilən
16
herbiand.az

1Mənbələr