AZ

Məşhur aktyor vəfat ETDİ

Türkiyəli aktyor Kanbolat Görkəm Arslan 45 yaşında dünyasını dəyişib.

Redaktor.az bu barədə Türkiyə mediaya istinadla xəbər verir.

Son olaraq “Qüds Fatehi Səlahəddin Əyyubi” serialında rol alan aktyor gecə saatlarında İstanbulun Beyoğlu rayonundakı evində qəfil halı pisləşib. Həyat yoldaşının çağırışı ilə hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Arslan ilkin müdaxilədən sonra Taksim Təlim və Araşdırma Xəstəxanasına çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. Onun səhhəti ilə bağlı xəstəxana tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

O, aktyorluq fəaliyyətinə 2004-cü ildə “Çemberimde Gül Oya” serialı ilə başlayıb. 1998-ci ildən etibarən teatr səhnəsində çıxış edən Arslan “Daire”, “Yurt”, “Teslimiyet” kimi filmlərdə, eləcə də “Çemberimde Gül Oya”, “Yer Gök Aşk”, “Ezel”, “Poyraz Karayel”, “Hayat Bazen Tatlıdır” kimi məşhur seriallarda rol alıb.

Nuriyyə NATİQQIZI

Seçilən
16
redaktor.az

1Mənbələr