AZ

Arauxo bir il yarımlıq çətin dövründən danışıb

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Ronald Arauxo uzun müddət depressiya və təşvişlə mübarizə apardığını bildirib.

İdman.Biz xəbər verir ki, futbolçu fasilə götürməsinin səbəbini peşəkar dəstək almaq və ailəsi ilə vaxt keçirmək istəyi ilə izah edib.

Arauxo bunun mənəvi baxımdan vacib olduğunu deyib:

“Mən fasiləni boş yerə götürmədim. Peşəkarlarla işləyə bildim, ailəmlə birlikdə oldum və mənə ruhən lazım olan məhz bu idi. Uzun müddət, bəlkə bir il, bir il yarım özümü yaxşı hiss etmirdim. Güclü qalmağa çalışırdım.

Mən hər şeyi içimdə saxlayanlardanam, amma anlamalısan ki, sənə kömək edə biləcək mütəxəssislər var. Bəzi situasiyalarda ayaqda qalmağın üçün lazım olanı verirlər. Bərpa olunmaq üçün əlimi qaldırıb deməli idim ki, mənimlə nəsə baş verir. Bir il yarım təşvişlə mübarizə apardım, bu da depressiyaya çevrildi və həmin vəziyyətdə oynamağa davam etdim. Bu isə yaxşı çıxışlara kömək etmir, çünki insan özünü yerində hiss etmir”.

Xatırladaq ki, “Çelsi” ilə Çempionlar Liqası oyunundan sonra müdafiəçi psixoloji səbəblərə görə komandasının yeddi qarşılaşmasını buraxmışdı.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr