AZ

Orxan qeydiyyatda olsaydı, İlhamənin var dövləti ona qalacaqdı Əli Mirəliyev

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xalq artisti, mərhum İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib. Kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur.

Cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib. Nigar Həsənovanın onlara məxsus ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyənləşib.

Müğənni Əli Mirəliyev Qaynarinfo-ya açıqlamasında Nigar Həsənova ilə İlhamə Quliyeva arasında yaxın qohumluq münasibətlərinin olmadığını bildirib:

"Onlar İlhamənin ögey bacılarıdır. İlhamənin ən yaxın qohumları bizik. Ona mənim qızım baxırdı. Onlar sadəcə İlhamənin adından istifadə edirdilər və indi də edirlər. İlhamə mənim bibim qızıdır. Həyat yoldaşım da onlara qohumdur. Ögey bacıları İlhamə xanımla yola getmirdilər, danışmırdılar da. Var-dövlətə, əmlaka görə yaxınlaşırdılar. Əgər Orxan qeydiyyatda olsaydı, İlhamənin bütün var-dövləti ona qalacaqdı. Belə olmadı və İlhamə vəfat edən kimi var-dövlət üstündə dava saldılar".

Əli Mirəliyev əlavə edib ki, baş verənlər məhkəmənin yanlış qərarı ilə əlaqədardır:

"İlhamənin evi onlara qalmamalı idi. Bunu Allah da götürməzdi, necə ki, götürmədi. İlhamənin nəyi vardısa, ögey bacıları sahibləndi. İlhamənin malını yemək olardı? Onun malına sahiblənən qan qusar. Çünki İlhamə o sərvəti əziyyətlə qazanmışdı. Həm də mal sahibi halallıq verməli idi".

Dünyasını dəyişmiş bir çox sənətkarın ev muzeyləri fəaliyyət göstərir. Həbib Bayramov, Tükəzban İsmayılova və İlhamə Quliyeva kimi Azərbaycan mədəniyyətinə xidmət etmiş sənət adamlarının ev muzeylərinin olmaması məsələsinə münasibət bildirən Əli Mirəliyev deyib: 

"Bir evləri var idi, üçü də orada yaşayırdı. İlhamə sağ olsaydı, bunu özü edərdi. Məhkəmə qərarı çıxan kimi Həbib Bayramovun evini satdılar. Biz də istəyirdik ki, ev muzeyi yaradılsın. Amma sonda o evi kimin aldığını belə bilmədik. Nəhayətdə, hər üç sənət adamının evinin izi itdi".

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
qaynarinfo.az

1Mənbələr