AZ

Mustafa Çiftçi yeni daxili işlər naziri kimi ilk açıqlamasını verib

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin daxili işlər naziri vəzifəsinə yeni təyin olunan Mustafa Çiftçi, bu mühüm missiyaya başlaması ilə bağlı ilk rəsmi açıqlamasını verib. O, üzərinə götürdüyü məsuliyyətin böyüklüyünü vurğulayaraq: “Çox ağır bir vəzifədir, dua gözləyirəm” – deyə bildirib.

TurkicWorld xəbər verir ki, Mustafa Çiftçi Ərzurum valisi vəzifəsindən ayrıldıqdan sonra Ankaraya yola düşməzdən əvvəl media nümayəndələrinə açıqlama verib.

O bildirib ki, iki il yarımlıq fəaliyyəti başa çatıb və Ərzurumdan “vəzifəsini yerinə yetirməyin verdiyi mənəvi rahatlıqla” ayrılır.

Nazir qeyd edib ki, fəaliyyəti dövründə bölgədə təhlükəsizliyin möhkəmləndirilməsi, narkotik cinayətlərlə və qanunsuz miqrasiya ilə mübarizə istiqamətində mühüm tədbirlər həyata keçirilib. O, son illərin statistik göstəricilərində müsbət dinamikanın əldə olunduğunu diqqətə çatdırıb.

Mustafa Çiftçi əlavə edib ki, yeni vəzifəsində ölkənin 81 vilayəti üzrə təhlükəsizlik və ictimai asayişin daha da gücləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək. Onun sözlərinə görə, şəxslərə və əmlaka qarşı törədilən cinayətlərlə mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və qanunsuz miqrasiya ilə mübarizə əsas prioritetlər olacaq.

Qeyd edək ki, vəzifənin təhvil-təslim mərasiminin günorta saatlarında keçirilməsi planlaşdırılır.

Seçilən
11
turkic.world

1Mənbələr