AZ

Norveçdən Şimal xəbərdarlığı: Rusiya ərazilərimizi zəbt edə bilər – ÖZƏL

Norveç Silahlı Qüvvələrinin Baş komandanı, general Eirik Kristoffersen ölkəsinin Rusiya tərəfindən mümkün işğal təhlükəsi ilə üz-üzə qala biləcəyini bəyan edib. 

Olaylar.az xəbər verir ki, The Guardian nəşrinin məlumatına görə, Oslo Rusiyanın öz nüvə arsenalını qorumaq məqsədilə Norveç ərazilərinə müdaxilə edə biləcəyi ssenarisinə hazırlaşır.

General qeyd edib ki, Rusiyanın ABŞ-yə real təhlükə yaradan yeganə gücü nüvə potensialıdır. Moskvanın bu potensialı qorumaq üçün Norveç torpaqlarını "müdafiə zonası" kimi zəbt etməsi istisna olunmur. Rusiya nüvə arsenalının, o cümlədən atom sualtı qayıqlarının və raketlərin böyük hissəsi Norveç sərhədinə yaxın olan Kola yarımadasında yerləşir.

Kristoffersen etiraf edib ki, Rusiyanın Norveçdə Ukraynadakı kimi birbaşa "fəth" məqsədi yoxdur. Lakin NATO ilə hər hansı başqa bölgədə yaranacaq münaqişə zamanı Rusiya öz nüvə bazalarını sığortalamaq üçün Norveç istiqamətində preventiv addımlar ata bilər.

"Rusiyanın hələ də bunu etmək imkanı var və biz uzaq şimalda məhz bu ssenari üzrə planlarımızı qururuq," - deyə general vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr